Efiopiyada təyyarə qəzasında 19 ölkənin vətəndaşı ölüb

Efiopiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanıb
###reklam250###

ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin məxsus olduğu “Ethiopian Airlines Group” aivaşirkətinin nümayəndəsi Əddis-Əbəbədə keçirilən mətbuat konfransında bildirib ki, qəzada 149 sərnişin və 8 heyət üzvü həyatını itirib.

Qəzada ölənlərin 18-i Kanada, 9-u Efiopiya, 8-i İtaliya, 8-i Çin, 8-i ABŞ, 7-i Böyük Britaniya, 7-i Fransa, 6-ı Misir, 5-i Hollandiya, 4-ü Yeni Zelandiya, 4-ü Hindistan, 4-ü Slovakiya, 3-ü Avstriya, 3-ü İsveç, 3-ü Rusiya, 2-i Mərakeş, 2-i İspaniya, 2-i İsrail, 1-i Belçika vətəndaşıdır. Üç sərnişində isə BMT pasportları olub, onların milliyəti dəqiqləşdirilir.

pia.az