“Elə bil ölkəni Məmmədov yox, mən talamışam“

“Görəsən niyə müxalifət qəzetləri Ziya Məmmədovgili müdafiə edir?”
PİA.AZ yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri  jurnalist Eynulla Fətullayev öz facebook səhifəsində yazıb.  Onun sözlərinə görə, bu olduqca düşündürücü bir məsələdir: “Azadlıq" qəzeti yalnız Ziya Məmmədovların açıqlamalarını dərc edir. Elə bil ölkəni Məmmədov yox, mən talamışam. Bu da bizim müxalifət qəzetləri...Ona görə də bu gündəsiz”.Qeyd edək ki, bu günlərdə Ziya Məmmədovun qardaşı oğlunun "avtoş"luq etməsi ilə bağlı məlumatları da Eynulla Fətullayev yayaraq ictimsiləşdirmişdi.