Kovaç Lövün qərarını tənqid etdi

Almaniya millisinin baş məşqçisi Yoahim Lövün "Bavariya"nın futbolçuları Mats Hummels, Jerom Boatenq və Tomas Mülleri yığmanın heyətinə dəvət etməyəcəyini xəbərini vermişdik
###reklam250###

Münhen təmsilçisinin çalışdırıcısı Niko Kovaç Lövün bu qərarına münasibətini bildirib. Klubun sosial şəbəkə hesabına danışan Kovaç, qərarla razılaşmadığını deyib:

"Oyunçularımın Lövün qərarından sonra məyus olduğunu bilirəm. Məncə, bu düzgün qərar deyil. Futbolçu 29, 30 yaşını keçirsə, deməli, keçmişdə qalıb? Futbolçularım indi bütün diqqətlərini öz oyunlarına yönəldib, hələ də yaxşı formada olduqlarını göstərməlidirlər".(goal.az)

pia.az