Səhiyyə Nazirliyi: Yanğın zamanı xəsarət alan 5 nəfərin vəziyyəti ağırdır

Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın zamanı təcili yardıma ümumilikdə 22 müraciət daxil olub

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlardan 8 nəfərə yerində yardım edilib: “14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiyaya gətirilib, onlardan 5 nəfər hospitalizasiya edilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. 2 nəfər isə həkimlər hadisə yerinə çatana qədər ölüb”.

pia.az