İranda spirtli içkilərdən 3 nəfər ölüb, 57 nəfər zəhərlənib

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Meşkinşəhr rayonunda saxta spirtli içkilərdən istifadə ölümlə nəticələnib
###reklam250###

Bunu İranın Ərdəbil vilayəti inqilab və ümumi prokuroru Tahir Rəsuli İRNA-ya açıqlamasında deyib.

Rəsulinin sözlərinə görə, nəticədə biri qadın olmaqla 3 nəfər həlak olub.

Rəsuli əlavə edib ki, 57 nəfər zəhərlənib və zəhərlənənlərdən biri görmə qabiliyyətini itirib.

"Ötən gecədən spirtli içkilərdən zəhərlənmə ilə əlaqədar Meşkinşəhrin xəstəxanasına müraciət etməyə başlanılıb", - o qeyd edib.

Rəsuli zəhərlənənlərin bir tədbirdə olmadığını və ayrı-ayrılıqda müraciət etdiyini deyib.

Zəhərlənənlər müalicə olunması üçün təcili yardım avtobusları ilə Ərdəbil xəstəxanalarına daşınıb.(Trend)

pia.az