ABŞ KXDR-i dövlət səviyyəsində bank soymaqda və qarətçilikdə ittiham edib

ABŞ rəsmi olaraq Şimali Koreyanın kiberhücumlar vasitəsilə dünya banklarını qarət etməkdə suçlayıb
###reklam250###

Birləşmiş Ştatların Ədliyyə nazirinin (həm də baş prokuror-red.) millli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Demers CNN-ə verdiyi müsahibədə KXDR-in xüsusi xidmət orqanları tərəfindən nəzarət olunan hakerlərin sanksiyalardan sonra daha da fəallaşdığını söyləyib.

Onun sözlərinə görə, kompüter piratları bankların daxili sistemlərini bloklayaraq, daha sonra onları başqa bir hesaba, həm də şifrəsi ilə birlikdə nağd şəkildə köçürülməsindən sonra açırlar.

2017-ci ilin mayında Şimali Koreya hakerləri Banqladeşin Mərkəzi Bankından tam 81 milyon dollar məbləğində pulu apara bilmişdilər. Həmin vaxt bu qarətin arxasında Kim rejiminin xarici kəşfiyyat xidmətinə bağlı olan “Lazarus” haker qrupunun durduğu ortaya çıxmışdı.

Banqladeşin Mərkəzi bankına edilən uğurlu hücumdan əlavə “Lazarus” Yaponiyanın “Sony Corporation” qrupuna daxil olan kino şirkətindən bir çox məlumatların, o cümlədən seanslara yeni daxil olacaq filmlərin korporativ sızıntısını həyata keçirmişdilər.

Rəsmi Pxenyanın tabeliyində çalışan kompüter quldurları Yaponiya və Çinin əczaçılıq firmalarının, habelə ABŞ, Kanada və Böyük Britaniya universitetlərinin sistemini iflic etməklə tanınırlar.(musavat.com)

pia.az