Yarmarkalarda qiymətə iki qurum nəzarət edəcək

"Bu gündən paytaxtda bayram yarmarkaları fəaliyyətə başlayır. Məqsəd əhaliyə daha yaxşı seçim imkanı yaratmaqdır"
###reklam250###

Bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün ölkədə Prezidentin tapşırığı ilə qiymətlərin tənzimlənməsi siyasəti həyata keçirilir:

"Yarmarkaların fəaliyyətə başlaması da bu siyasətin tərkib hissəsidir. Bu gün fəaliyyətə başlayan yarmarkalar əhaliyə seçim imkanı verir. Kim istəsə bayram bazarlığını marketdən, ya da bu cür bayram yarmarkalarından edə bilər".

Eldar Əzizov bildirib ki, bayrama qədər yarmarkalarda qiymətlərə tam nəzarət olunacaq:

"Bu barədə həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Kənd Təsərrüfatı Nazirliyinə tapşırıq verilib. Bu yarmarka formatından daha da səmərəli istifadə etmək niyyətindəyik".

pia.az