Maşın inəyi, inək də adamı vurdu

Baş verən qəribə yol qəzası nəticəsində yaralanan şəxs xəstəxanaya yerləşdirilib
 Göygöl rayonunda qəribə yol qəzası baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 23-də saat 01 radələrində Göygöl rayonu Hacıməlik kəndinin ərazisində qeydə alınıb.Belə ki, naməlum minik maşını yolun hərəkət hissəsində dayanan inəyi vurub. Zərbənin təsirindən inək yaxınlıqdakı kənd sakini Fərmail Tağıyevə çırpılıb.Zərbənin təsirindən Fərmail Tağıyev ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər.Faktla bağlı araşdırma aparılır.