Politoloq: “Paşinyan artıq danışıqlara getmək iqtidarında deyil”

PİA.az Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir
###reklam250###

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan Füzuliyə gələrək burada yeni yaşayış məntəqəsi salacaqlarını və rəsmi Yerevanın mövqeyini bəyan edərək bir santimetrdə torpağı güzəştə getməyəcəklərini vurğuladı. Qeyd edim ki, bu bəyanat Paşinyanın prezident İlham Əliyevlə görüşmək istəyinin ardınca verildi. Vanetsyan Paşinyanın razılığı olmadan belə bir bəyanat səsləndirə bilməzdi. Yaxud da öz komandasına nəzarət edə bilmir.

Bu gün Ermənistan cəbhədəki nisbi atəşkəsdən sui-istifadə edərək cəbhədə müdafiə xəttini gücləndirir və ərazilərdə yeni yaşayış məntəqəsi tikir. Bundan bir neçə gün əvvəl, Ermənistanın müdafiə naziri David Tonoyan cəbhə xəttində olarakən müdafiədən hücum strategiyası barədə bəyanat vermişdi. Qeyd edim ki, Ermənistanın iki güc nazirinin Azərbaycan ərazisindən ölkəmizə qarşı hədyanlı bəyanatı cavabsız qalmamalıdır . Bu, danışıqların Paşinyan tərəfindən birtərəfli qaydada sabotajıdır.

Qeyd edim ki, Azərbaycan ordusu cəbhə xəttində təzyiqləri davam etdirməli, Ermənistanın yeni yaşayış məntəqələri salmaq planının qarşısın almalıdır.Ermənistan Rusiya ilə yenidən silah alışı üzrə danışıqlara başlayıb. Bu onu göstərir ki, Paşinyan artıq danışıqlara getmək iqtidarında deyil. Azərbaycan tərəfi Ermənistan ordusunun mühəndis istehkamlarını, müdafiə xəttinə zərbələr endirməlidir. Atəşkəs rejimi Ermənistan üçün cəbhədə güclənmək şansı verir.

pia.az