Ombudsman – Qeysəriyyə əməliyyatı aparan həkimlər cəzalandırılsın

Ombudsman Elmira Süleymanova Azərbaycanda doğuşun tibbi göstəriş olmadan vaxtından əvvəl qeysəriyyə yolu ilə cərrahi etməklə həyata keçirilməsinin qarşısının alınmasını və bunu edən həkimlərin cəzalandırılmasını istəyir

PİA.AZ Modern.az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2018-ci ilin illik məruzəsində qeyd edilib.

Sənəddə göstərilib ki, doğuşun tibbi göstəriş olmadan vaxtından əvvəl qeysəriyyə yolu ilə cərrahi etməklə həyata keçirilməsinin qarşısının almaq məqsədilə buna yol verən həkimlərlə bağlı hüquqi məsuliyyət müəyyən edilməli və əhali arasında problemlə bağlı maarifləndirilmə işləri gücləndirilməlidir. Ombudsmanın 2018-ci ilin illik məruzəsi Milli Məclisin martın 5-də keçiriləcək iclasında müzakirə ediləcək.

pia.az