İranda azərbaycanlı tələbəyə qarşı ağlasığmaz təhdid

Türk dili və ədəbiyyatı ixtisasının İranın Marağa Universitetində yaradılması üçün imza toplayan güneyli tələbə Salar Sərkəşi təhdid edilib
###reklam250###

S.Sərkəşi universitetin təhlükəsizlik bölümü tərəfindən təhdid edildiyini və tələbə biletinin əlindən alındığını bildirib.

Tələbənin sözlərinə görə, təhlükəsizlik bölümü ona universitetə gəlməyi qadağan edib:

"Məni universitetə buraxmadılar. Bildirdilər ki, universiteti tərk etməliyəm. İmza toplayan digər tələbələrə, o cümlədən bir neçə qız tələbəyə də universitetin təhlükəsizlik bölümü tərəfindən təzyiq edilib".

Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsinə əsasən məktəblərdə fars dili ilə yanaşı digər yerli dillərin tədris olunması sərbəstdir. Lakin bu maddə 40 ildir ki, rəsmi Tehran tərəfindən icra olunmur.(axar.az)

pia.az