"Tokio-2020"nin bütün məkanlarında siqaret qadağan olunacaq

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının bütün məkanlarında siqaret çəkmək və elektron siqaretdən istifadə qadağan olunacaq

"Report" "Inside the Games"ə istinadən xəbər verir ki, təşkilatçılar siqaret çəkmək üçün nəzərdə tutulan xüsusi yerləri də ləğv etməyi planlaşdırırlar. "Tokio-2020"nin Təşkilat Komitəsindən bildirilib ki, ölkənin qanunu və Beynəlxalq Olimpiya Komitəsinin (IOC) təlimatına əsasən, idmançılar, tamaşaçılar, vəzifəli şəxlərin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün bu qərar qəbul olunub.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçiriləcək.

pia.az