“İran rəsmiləri məni oteldən çıxmağa qoymadılar” - Namiq Qaraçuxurlu
PİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri meyxana ifaçısı Namiq Qaraçuxurlu instaqramda yazıb. O, İrandakı konsertindən qısa görüntü paylaşaraq başına gələn maraqlı əhvalatdan söz açaraq Zəncanda qadağalarla üzləşdiyini qeyd edib:
"Oteldən çıxmaq qadağası ilə razılaşsaq da, konsertin ləğvini heç cür qəbul etmədik. Uzun sürən müzakirə və mübahisələrdən sonra sağ olsunlar, bizi başa düşdülər. Yalnız bir şərtlə konsertə icazə verdilər: ən xırda hərəkət belə baş versə, dərhal səhnəni tərk edəcəm. Nəzərə alsaq ki, İran adət və ya qanununa görə, səhnədə hətta qol qaldırıb rəqs etməkdə qəbahət saylır, demək bizim adi saydığımız ən bəsit bir şey orada təhlükə kimi görünə bilər.
Xülasə, ikinci gün konsertinə məhdud sayda insan buraxılsa da, bir neçə dəfə tamaşaçı ilə ünsiyyətə görə xəbərdarlıq aldıq və gördüyünüz görüntüdə isə konsertin sonu gəldi. Sonra isə mənə oralara getmək qadağası ömürlük qoyuldu. İllər sonra, yəni yaxın keçmişdə bu qadağanı ləğv edənlərə dərin təşəkkürümü bildirirəm. Son Tehran konsertində isə qadağaların nisbətən azaldğınında şahidi oldum. İnşallah, tezliklə bir daha görüşmək ümidilə, əziz bacı və qardaşlar".
pia.az