Düşdün könlümə

Azər Qaramanlı: "Düşdün könlümə" , "İtirdim" , "Səni sevmək" , "Hava" , "Biri yoxdu, biri vardı"
PİA.AZ  şeirləri  oxucularına təqdim edir:Düşdün könlüməBudağından qopan,Küləklə sovrulan,Bir yarpaq kimiDüşdün könlümə.Səssizcə durdun…Sonra yenə küləklə sovruldun... İtirdimDostlarımı siyasət bazarında itirdim,sevgilərimi yollardaqürurumusırtıq və də satqın gecələrin qaranlığındaDaha , nəyisə tapmağa heç ümidim yox.Daha, itirməyə heç bir şeyim yox.Geriyə qayıda bilsəm,bir addım olsa beləancaq yoxgeriyə baxmaq olar,irəliyə isə addımlamaq.Səni sevməkSəni sevmək o qədər gözəl ki,anlatamam ki.Göy üzündən də gözəlYaz çölündən də gözəlSəni sevməkAnlaşılmaz yuxu kimiGözlənilməz bahar kimiHeç ölməyən xəyal kimiBir an kimi…bir an kimi.…səni sevməkölümün üzünə tüpürmək kimi.Səni sevmək o qədər gözəl ki…anlatamam ki....HavaHava kədər rəngindətutqun boz, buludlar da qap - qara,bu yaz səhərində.Bu havada bir ədalı gözələtutulmaq belə mümkün deyilBu havadasərxoş olmaq keçir içimdən,Unudulmaqbuludlarla ağlamamaq üçüniçimdən qəhr olmamaq üçünunudulmaq keçir içimdənhava, bu yazı öldürür-deyəHavagözlənilməyən dərd kimi üzücü,çatışmayan nəfəs kimi boğucu,bu havada bir ədalı gözəli sevmək belə mümkün deyil.hava ölüm rəngində.Biri yoxdu, biri vardıBiri yoxdu, biri vardıbir mən vardım,bir də sənbir də…nağılımız…və göydən üç alma düşdü.Nağılımız bitdi.Hərə öz yoluna getdimən, öz yoluma, sən, öz yoluna.Biri varmış, biri yoxmuşbir mən vardım, bir də sən yoxdun.pia.az