Sınaq imtahanlarının cavabı bu gün açıqlanacaq

“Sınaq imtahanlarının cavablarının bu gün açıqlanması nəzərdə tutulur”.
Bunu açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.Qeyd edək ki, TQDK aprelin 20-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün 24 şəhər və rayonda sınaq imtahanı keçirib. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Gədəbəy, Ağıstafa, Mingəçevir, Goranboy, Şəki, Balakən, Qəbələ, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Ucar, Ağsu, Şirvan, Sabirabad, Lənkəran, Astara, Quba və Qusarda ümumilikdə 64 binada təşkil olunub.(modern.az)