"Atamın hər şeyi mənə qalıb" - Şəbnəm Tapdıq

Əməkdar artist Şəbnəm Tapdıq uzun fasilədən sonra "Zaurla Günaydın" verilişində tamaşaçı qarşısına çıxıb
###reklam250###

Müğənni şəxsi həyatından danışıb. Tapdıq aparıcı Zaur Baxşəliyevin "Niyə heç kimə qəlbinizi açmamısınız?" sualına belə cavab verib:

"Özümü daha çox sevdim. Özüm özümə daha çox hörmət edirəm. Ona görə... Mənim ömrüm, günüm maraqlı keçir. Səbətlər toxuyuram. Əl çantaları düzəldirəm. Amma satmaram, təkcə məndə olmalıdır".

Şəbnəm uzun müddətdir efirlərə çıxmamasının səbəbini açıqlayıb. O bildirib ki, son günlər heç yerə çıxmaq istəmir, ucuzluqdan qaçır.

Zaurun "Nə ilə dolanırsınız" sualına isə Şəbnəm "Savadlı xanımam... Təhsilim və maaşım var. Atamdan qalan hər şey mənimdir. Fəxr edirəm ki, İlyas Tapdığın qızıyam" sözləri ilə cavab verib.(axşam.az)

pia.az