Tramp Adminstrasiyasından rasizmə gedən yol: ABŞ-ın “soylu” xalqları bir araya gətirmək layihəsi

Beynəlxalq və ya liberal nizamı Rusiya pozdu, yoxsa Amerika?

Bülent Oraqoğlu“Yeni Şafak” qəzeti, Türkiyə, 25 fevral 2019-cu il

ABŞ-ın dövlət katibi Maykl Pompeo Brüsseldə NATO Xarici İşlər Nazirlərinin görüşündən sonra prezident Trampın Amerikanı yenidən dünyanın lideri etməsi iddiası ilə çıxış edib. Pompeo açıqlamasında “Prezident Tramp daha rifah və müharibələrin qarşısını alan yeni bir liberal sistem yaratmaq üçün “soylu” dünya xalqlarını bir araya gətirmək istəyir. Amerika suveren dövlətlərin açıq, şəffaf və azad bir dünyanı mühafizə etməsi üçün mübarizə aparır. Bu layihə liberal quruluşun heç bir bəhanəyə sığınmadan reallaşmasına xidmət edir”, deyə bildirib.

Əslində Pompeo reallıqla üst-üstə düşməyən, ABŞ-ı digər dövlətlərdən daha üstün kimi göstərən bu bəyanatını 4 dekabr 2018-ci ildə qeyd etmişdi.

Maraqlıdır ki, bu bəyanatdan iki ay sonra, yəni, 2019-ci ilin fevral ayında 55-ci Münhen Təhlükəsizlik Konfransının əsas mövzularından biri məhz “Dünyanın parçalarını kim bir araya yığacaq?!” istiqamətində idi. Forumun rəhbəri Volfqanq İşinger açılış nitqində bildirmişdi ki, liberal qaydalar pozulur. Bu isə o deməkdir ki, forum rəhbəri Volfqanq İşingerin fikirləri ABŞ-ın dövlət katibi Maykl Pompeonun fikirləri ilə üst-üstə düşürdü.

Bir dövr bağlanır. Yeni dövr başlayır. Lakin başlayan dövrdə parçalanmış bir ABŞ meydana gəlir

Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildən hər il fevral ayında NATO ölkələri müdafiə şurasının iclası kimi Münhen şəhərinin “Bayerischer Hof” otelində NATO tərəfindən 4 gün boyunca həyata keçirilir. Konfransda 100-ə yaxın ölkənin yüksək rütbəli hərbi ekspertləri və siyasi nümayəndələri iştirak edir və konfrans zamanı kapitalist dünya üçün “təhlükələr və tədbirlər” mövzusunda hər bir dövlətin “təhlükəsizlik” məsələsinə yanaşması nəzərə alınır.

NATO “çətir”i altında fəaliyyət göstərən “Qladio” strukturları

NATO ABŞ-ın üstüörtülü nəzarət və idarə etdiyi bir ittifaqdır və NATO “çətir”i altında fəaliyyət göstərən “Qladio” (Dərin dövlət -Tərc!) strukturları uzun illər Avropa və NATO-ya üzvü olan ölkələrdə ordu və kəşfiyyat qurumlarının içinə daxil ola biliblər. 1990-cı ildə Avropa Parlamenti NATO-ya üzv olan ölkələrdə mövcud olan “Qladio” strukturlarının təmizlənməsini müzakirə etmiş və ləğv edilməsi barədə qərar vermişdi.

Avropa Parlamentinin bu qərarı “Qladio” strukturlarının terrordan istifadə edərək Avropadakı siyasətlərini necə qeyri-qanuni yolla idarə etdiyi tələbinin də ortaya çıxarmasına şərait yaratmışdı. “Türk Qladiosu” isə Qərbi Avropadakı gizli NATO kölgə qoşunları aşkar edildikdən sonra da öz fəaliyyətini davam etdirib. Əslində “Qladio” strukturları xərçəng xəstəliyi kimi sistemə o qədər güclü nüfuz etmişdi ki, onu aradan qaldırmaq qeyri-mümkün görünürdü.

Lakin NATO üzvü bəzi ölkələrin “Qladio” tipli strukturların öz ölkələrinin ordu və gizli xidmət sahələrində də mövcud olması ilə bağlı mətbuatda yayılan məlumatlarından sonra 1990-cı il 3 dekabr tarixində NATO qitələrinin Türkiyədə də varlığı qəbul edilmişdi. Bununla bağlı dünya mətbuatı NATO və Pentaqonun Türkiyədə baş verən qətliam, zərbə və bu cür proseslərə necə dəstək olduğunu araşdırmağa başlaması fonunda Türkiyə hərbi rəhbərliyi “Türk Qladiosu”nun deşifrə edilməsinə istiqamətlənmiş bütün axtarışların önünə keçib”.

Beynəlxalq nizamı hansı hegemon güc pozdu?

Beynəlxalq və ya liberal nizamı Rusiya pozdu, yoxsa Amerika? Şübhəsiz ki, Maykl Pompeonun açıqlamaları hegemon güc olan ABŞ-ın müəyyən layihə və plan çərçivəsində liberal düzəni pozmaq istəyini ortaya qoyur. Bu baxımdan bugünkü gündə Trampın NATO, Qərb dəyərləri, azad ticarət və beynəlxalq düzənin qaydalarını sorğulaması da planın arxa fonunun hansı amillərdən ibarət olduğunu göstərir. Ancaq 55-ci Münhen Təhlükəsizlik Konfransında baş verən proseslər ABŞ-ın heç də yenidən dünya lideri olması ilə bağlı iddianı sübut etmir.

2019-cu il Münhen Konfransı fəlakətlərə yol açan xaotik, hədəfsiz və həll yolundan uzaq bir dünya düzəninin olacağını göstərir

Bəli, bir dövr bağlanır. Yeni dövr başlayır. Lakin başlayan dövrdə Pompoenun iddia etdiyi yeni liberal düzən yox, Münhen Təhlükəsizlik Konfransından sonra parçalanmış bir ABŞ meydana gəlir. Belə ki, ABŞ mətbuatında Demokratlar və Respublikaçıların bir-birini qlobal nizamı məhv etməsi ilə bağlı qarşıdurma yaradan bəyanatları gündəmi zəbt edir.

ABŞ-ın nəzarətində olan qərb mərkəzli beynəlxalq iqtisadi, siyasi və hərbi düzən dağılmağa başladıqca, Amerika ilə Avropa arasında fikir ayrılıqları da dərinləşir və çatların əmələ gəlməsinə zəmin yaradır.

Münhen Təhlükəsizlik Konfransını dəyərləndirən amerikalı mütəxəssislər ABŞ-ın qlobal liderliyinin yenidən bərpasından və Qərb mərkəzli dünya düzəninin formalaşmasından ümidli olmadıqlarını bildirirlər. Bu baxımdan 2019-cu il Münhen Konfransı fəlakətlərə yol açan xaotik, hədəfsiz və həll yolundan uzaq bir dünya düzəninin olacağını göstərir.

Tərcümə: PİA.az-ındır

Orjinal

Gülşən ŞƏRİFpia.az