Narkobaronun 8 mərtəbəli qəsri partladıldı - Video

Kolumbiyanın Medelyin şəhərində məşhur narkobaron, 1993-cü ildə qətlə yetirilmiş Pablo Eskobara məxsus 8 mərtəbəli “Monako” qəsri hakimiyyət orqanları tərəfindən partladılıb
###reklam250###

TASS agentliyi xəbər verir ki, binanın yerində narkomafiyanın qurbanlarının xatirəsinə memorial ucaldılacaq.

Eskobar özü bu qəsri 1988-ci ildə - ona qarşı uğursuz sui-qəsd cəhdindən sonra tərk etmişdi. (Virtualaz.org)

pia.az