Fransızlar Ermənistanda qar uçqununun altında qalıblar

Ermənistanda Fransadan olan bir qrup alpinistin dağlarda gəzintisi faciə ilə nəticələnib

Bu barədə News.am saytı yazır.

Bildirilir ki, beş nəfərdən ibarət alpinist qrupu Aqveran rayonunda dağlarda gəzintiyə yollanıb. Yolda onlar qar uçqununun altında qalıblar.

Xilasedicilər alpinistləri qarına altından çıxarıblar. Onlardan biri helikopterdə ölüb. Digər alpinistlər düşərgəyə çatdırılıblar.

pia.az