İran prezidenti Ruhaniyə “İngilis casusu” ittihamı

İran Millət Məclisinin Məşhəddən olan deputatı Cavad Kərimi Kuddusi prezident Həsən Ruhaninin İngilis xarici kəşfiyyat xidməti MI6-dan təlimat aldığını iddia edib
###reklam250###

Səs qeydlərində deyibİran mərkəzli xəbər saytı “didarnews.ir”-də yayımlanan görüntülü səs yazısında İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Kərimi Kuddusi Ruhaninin İngilis kəşfiyyatı MI6-dan təlimat aldığını və İran İnqilab Mühafizəçilərinin "MI6 əməkdaşıyla" danışığını ehtiva edən telefon qeydlərini Ruhaniyə təqdim etdiyini iddia edib.

Mühafizəkarlara yaxınlığı ilə tanınan Kərimi Kuddusi dekabr ayında verdiyi bir açıqlamada, "Məclisin 50 faizi rejimin yıxılmasında maraqlıdır. 2009-cu ildəki fitnə hərəkatında də hədəf rejimin yıxılması idi. Bu gün məclisin 50 faizi pərdə arxasında fitnə hərəkatına rəhbərlik edənləri dəstəkləyir" deyib.(muxalifet.az)

pia.az