Azərbaycan və Rusiya miqrasiya sahəsində saziş imzalayacaq

Azərbaycan və Rusiya miqrasiya orqanları arasında əməkdaşlıq sazişi imzalanacaq
Gün.Az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev 1-ci beynəlxalq Xəzər Enerji Forumunda çıxışında məlumat verib.Onun sözlərinə görə, imzalanma yaxın vaxtlarda baş tutacaq.O, çıxışında ölkəyə gələn əcnəbilərdən də danışaraq qeyd edib ki, son bir il ərzində Azərbaycanda 12 min əcnəbiyə iş icazəsi verilib.“Bu müddətdə 50  min əcnəbi müvəqqəti və ya daimi sığınacaq üçün müraciət edib. 4  min əcnəbiyə ölkə ərazisində yaşama icazəsi verilib”,-deyə, o bildirib.