Gəncədə yol qəzası: 1 yaralı

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir
###reklam250###

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1962-ci il təvəllüdlü Gülşən Ənvər qızı Rəhimova şəhərin Heydər Əliyev prospektində yolu qarşı tərəfə keçmək istəyən zaman "VAZ-2107" markalı avtomobil onu vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

pia.az