Maduro Avropa İttifaqının təklifini qəbul etdi

Venesuela prezidenti Nikolas Maduro Avropa İttifaqının humanitar yardım göndərmək təklifini qəbul edib
###reklam250###

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, o, bunu “Periscope” sosial şəbəkəsindəki hesabında canlı yayım zamanı dilə gətirib.

Razılaşmaya əsasən Avropa İttifaqı Venesuelaya 2 milyard avro həcmində humanitar yardım göndərəcək.

Qeyd edək ki, Maduro onun hakimiyyətini tanımayan qonşu ölkələrlə quru və dəniz sərhədlərini bağlayacağını açıqlayıb. Bu səbəbdən humanitar yardımların gətirilməsi məsələsi təhlükəyə düşmüşdü.

pia.az