“TOPAZ”-ın yeni şefləri: Vüsal Aslanov və Vəsilə Abdulova kimdir?

Cavid Qurbanovun göstərişi ilə müavini və QSC-nin Maliyyə İdarəsinin müdir müavini xanım Abdulova qumar oyunlarına nəzarət edirlər
###reklam250###

Ölkəmizdə fəaliyyət göstərən futbol mərc oyunlarına nəzarət edən “TOPAZ” şirkəti xeyli müddətdir ki, ölkə mətbuatının gündəmindədir. Şirkətin gündəmə gəlməsinin səbəbi isə “TOPAZ”-ın səhm paketlərinin böyük bir hissəsinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun alması ilə bağlıdır.

Qeyd edək ki, “TOPAZ”-ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkəti “Azerinteltek”dəki payını satışa çıxartması barədə keçən il məlumat yayılmışdı. Daha sonra isə “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında (təxminən 38 milyon manat) “Baltech Investment LLC”-yə satması barədə açıqlama yaydı. Ölkə mətbuatının apardığı araşdırmada məlum oldu ki, adı xarici şirkət olan “Baltech Investment LLC” əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsusdur.

Cavid QurbanovMəsələ ilə bağlı AzEuroNews.com-a daxil ilginc məlumatda isə bildirilir ki, hazırda “TOPAZ” mərc oyunlarına qeyri-rəsmi Cavid Qurbanovun müavini Vüsal Aslanov nəzarət edir. Belə ki, QSC sədri öz müavininə bu işləri daha yaxşı bildiyi və vaxtı ilə “Azərinteltek” QSC-nin İdarə heyyətinin üzvü olması ilə əlaqədar futbol-mərc oyunlarından cavabdeh təyin edib. Bildirək ki, V.Aslanov 2010-2014 illərdə futbol-mərc oyunlarına nəzarət edən “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. Məlumata görə Cavid Qurbanovun müavini Vüsal Aslanov hər gün bir neçə dəfə “Azərinteltek” QSC-nin baş ofisinə gələrək işlərin hansı yerdə olmasını yoxlayır.

Vüsal Aslanov

Məlumatda qeyd edilir ki, “TOPAZ” şirkətinin maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır. Xatırladaq ki, son günlər Vəsilə Abulovanın “Azərbaycan Dəmir Yolları” QSC-də nüfuzunun genişlənməsi ilə bağlı yerli mətbuatda intensiv məlumatlar dərc olunur.

Vəsilə Abdulova

Həmin məlumatlarda bildirilir ki, 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-də işə düzəldikdən sonra qısa zaman kəsiyində Vəsilə Abulova həm karyerasında sıçrayış yaşanıb və həmdə o, sürətlə varlanmağa başlayıb. Ənson yayılan məlumatda isə qeyd olunurdu ki, xanım Abdulova yaxın zamanlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova müavin təyin oluna bilər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: AzEuroNews.com

pia.az