Prezident yeni yolun tikintisinə vəsait ayırdı

Prezident İlham Əliyev Ağdam rayonunun Kolqışlaq–Mirəşelli–Əhmədağalı–Çıraxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, doqquz min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən Kolqışlaq–Mirəşelli–Əhmədağalı–Çıraxlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

pia.az