Çində naməlum şəxs insanlara bıçaqla hücum etdi

Çinin Tszyan şəhərində naməlum şəxs küçədən keçənlərə bıçaqla hücum edib
###reklam250###

İnsident nəticəsində 11 nəfərin bıçaq xəsarət aldığı bildirilir.

Qeyd edilir ki, hücum səhər saatlarında baş verib. Hücum edən şəxsi polis əməkdaşlarının köməyi ilə saxlamaq mümkün olub. Xəsarət alanların əksəriyyətinin tələbə olduğu qeyd edilir. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal qiymətləndirilir.

Hadisədən sonra verilən rəsmi açıqlamada hücum edən 33 yaşlı şəxsin psixi problemləri olduğu vurğulanıb.(Trend)

pia.az