Bu il “ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək

“Bu il ərzində Şamaxı, Kürdəmir, Ağcabədi, Tovuz və Balakən rayonlarında “ASAN xidmət” mərkəzləri açılacaq”  
###reklam250###

Bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.

O, Səyyar “ASAN xidmət”in iki istiqamətdə fəaliyyət göstərdiyini vurğulayıb: “Səyyar “ASAN xidmət”lər “ASAN xidmət”in olmadığı ünvanlarda və sifariş əsasında fəaliyyət göstərir".

Ü.Mehdiyev həmçinin bu yaxınlarda "ASAN xidmət"in imkanlarından mobil telefon vasitəsilə də faydalanmağın mümkün olacağını vurğulayıb: "Bu, “ASAN xidmət”in mobil tətbiqi istifadəyə verildikdən sonra mümkün olacaq”. (report.az)

pia.az