KİV: Tacikistanda Çinin gizli hərbi bazası fəaliyyət göstərir

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Murqab rayonunda artıq 3 ildir Çinin gizli hərbi bazası fəaliyyət göstərir
###reklam250###

Bunu “The Washington Post” yazıb.

Məqalə müəllifi Harri Şix Tacikistan-Əfqanıstan sərhədinə sonuncu ezamiyyəti zamanı həmin bazada olub. O, bazada xidmət edən çinli hərbçi ilə bazarda rastlaşdığını bildirib. Ma adlı hərbçi bildirib ki, onlar artıq 3-4 ildir Tacikistan ərazisində dislokasiya olunublar.

Nə Tacikistan, nə də Çin rəsmilər hərbi baza barədə heç bir açıqlama verməyiblər. Hərbi müəssisə Çinin Nəzarət-Buraxılış Məntəqəsi, Əfqanıstanın Vaxon Buraxılış Məntəqəsi yaxınlığında, Tacikistanın Çinlə həmsərhəd Murqab rayonu ərazisində yerləşir.

pia.az