Azərbaycanda indiyə qədər 2,045 mlrd. ton neft hasil edilib

İndiyə qədər Azərbaycanda dənizdə yerləşən yataqlardan 1,067 mlrd. ton, quruda yerləşənm yataqlardan isə 0,978 mlrd. ton neft hasil edilib
###reklam250###

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair sərgi-konfransında bildirib.

Bundan başqa, onun sözlərinə görə, indiyə qədər dənizdəki yataqlardan təbii qaz hasilatının həcmi 689 mlrd. kubmetr, qurudakı yataqlardan isə 139 mlrd. kubmetr təşkil edib.

SOCAR-ın vitse-prezidenti şirkətin 2000-ci ildən bəri 2,6 mln. metr qazma işləri apardığını, 1 490 quyunun hasilata daxil edildiyini, hər il 70-80 quyunun istismara verildiyini də diqqətə çatdırıb.(report)

pia.az