ANS nazirin məhkəmə hədəsinə cavab verdi

Azərbaycan Gənclər və İdman Nazirliyi ANS-i məhkəməyə verəcək.
PİA.AZ ANSPRESS-ə istinadən bildirir ki, bunu nazir Azad Rəhimov deyib.Onun sözlərinə görə, buna səbəb ötən gün Hesablama Palatasının Daşkəsən rayonundakı Gənclər Mərkəzinin tikintisində korrupsiya faktına yol verilməsi ilə bağlı telekanalın yaydığı xəbər olub. Nazir təmsil etdiyi qurumun mövqeyinin öyrənilmədiyini deyib.ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov gənclər və idman naziri Azad Rəhimovun məhkəmə iddiasına münasibət bildirib. M.Məmmədov deyib ki, Azad Rəhimov televiziya barəsində həqiqəti əks etdirməyən fikirlər səsləndirib: “Onun dedikləri əsassızdır. Xəbərin istinad mənbəyi başqa saytdır”.Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin ANS-i məhkəməyə verməsində problem yoxdur: "Bu onların hüququdur".