Şəki sakini bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib
###reklam250###

Hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

1979-cu ildə Şəki rayonunda anadan olmuş, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Zaur Kərim oğlu Mustafayev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür. (Trend)

pia.az