Müəllimlərin etiraz aksiyasına rəsmi açıqlama

Məktəbin qarşısına toplaşan müəllimlər işdən çıxarılan müəllimənin rəfiqələridir
 “Suraxanı rayonunda 7 saylı internat məktəbinin qarşısında etiraz aksiyası keçirən müəllimlər direktor Afaqət Əsgərovaya qarşı ona görə çıxıblar ki, A.Əsgərova Afaq adlı müəlliməni işdən çıxarıb”. ANS PRESS-in məlumatına görə, bunu ANS PRESS-ə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, məktəbin qarşısına toplaşan müəllimlər işdən çıxarılan müəllimənin rəfiqələridir və işə qaytarılmasını tələb edirlər.İşdən çıxarılan müəllimənin geri qaytarılmasına gəlincə, Cəsarət Valehov bildirdi ki, hazırda Afaq adlı müəllimənin məktəbdə işinin bərpa edilməsi üçün məhkəmə işi gedir.Qeyd edək ki, bu gün Suraxanı rayonunda müəllimlər məktəb direktoruna qarşı çıxıblar. Belə ki, 7 saylı internat məktəbinin 20-ə yaxın müəllimi direktor Afaqət Əsgərovaya qarşı aksiya keçirib. Onlar direktorun vəzifəsindən getməsini tələb edib. Müəllimlər iddia edirdi ki, direktor Afaqət Əsgərova onlar haqqında yalançı aktlar yazaraq məhkəıməyə verib. Müəllimləri təhqir edən direktor onları işdən çıxartmaqla hədələyib.