Bakıda 8 yaşlı qız özündən 10 yaş böyük qardaşını bıçaqlayıb

Virtualaz.org-un məlumatına görə, hadisə fevralın 17-də gecə saat 01:30 radələrində Xətai rayonu, İnqilab İsmayılov küçəsində baş verib

Bakı şəhər prokurorluğundan virtualaz.org-a verilən məlumata görə, 8 yaşlı məktəbli yaşadığı mənzildə oynayarkən ehtiyatsızlıqdan qardaşı Qubad Babazadənin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı “Azərsutikinti” xəstəxanasına çatdırılb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

pia.az