BƏƏ 1,9 milyardlıq hərbi təyinatlı məhsullar alıb

Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri Abu-Dabidə keçirilən "IDEX 2019" beynəlxalq müdafiə sərgisinin ikinci günündə 7 milyard dirhəm (1,9 milyard dollar) dəyərində silah və texnika alıblar
###reklam250###

Bu barədə "TASS" agentliyinə salonun təşkilat komitəsindən bildiriblər.

BƏƏ ordusunun briqada generalı Məhəmməd Hamis əl-Hasani deyib: "Sərgini ikinci günündə BƏƏ Silahlı Qüvvələri üçün silah və texnika üzrə 7,019 milyard dirhəm dəyərində müqavilələr bağlanıb. Xarici şirkətlərlə 5,87 milyard dirhəm (1,54 milyard dollar), əmirliklərin şirkətləri ilə 1,148 milyard dirhəm (360 milyon dollar) dəyərində müqavilələr imzalanıb".(trend)

pia.az