“Nəqliyyat qoçuları”ndan qaçan sürücü özünü körpüdən atdı

Bakı Beynəlxalq Avtovağzalında Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında bu dəqiqələrdə baş verən insident faciə ilə nəticələnib.
PİA.AZ bildirir ki, aznews.az-ın avtovağzaldakı əməkdaşının verdiyi xəbərə görə, müfəttişlər sürücüdən sənədlərini tələb edərkən ikinci ərazidən qaçmaq istəyib və nəticədə körpüdən yıxılıb. Onun vəziyyətinin pis olduğu bildirilir.Məlumata görə bu hadisə, vətəndaşlarla müfəttiş əməkdaşları arasında insidentə səbəb olub. Hadisə yerinə polis qüvvələri cəlb edilib.Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov faktı təsdiqləyib. Onun sözlərinə görə, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücü ilə nəqliyyat müfəttişləri arasında mübahisə yaranıb: “Sürücü əlinə daş alıb əməkdaşlarımıza atıb. Əməkdaşımızın biri ayağından xəsarət alıb”.Sürücünün körpüdən yıxılaraq xəsarət almasına gəlincə, bu barədə məlumatının olmadığını deyib.Əlavə məlumat verəcəyik.