Polis zabiti “50 Cent”in güllələnməyini əmr edib

Nyu-York Polis Təşkilatı məşhur reper “50 Cent”i ölümlə hədələyən bruklinli polis zabiti Emanuel Qonzalesi axtarır  
###reklam250###

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Sanset Park bölgəsində rəis müavini olan şəxs 7 iyun 2018-ci il tarixində “50 Cent”in güllələnməsi üçün əmr verib.

Bununla bağlı reperin özü İnstaqramda post paylaşaraq məlumat yayıb. Nyu-York Polis Təşkilatı isə məsələnin araşdırıldığını söyləyib.

Qonzalesin bundan başqa, “Love and Lust” adlı klubun sahibini şantaj etməsi də iddialar arasındadır.

pia.az