İki ay əvvəl itkin düşmüş Musayevin meyiti çörəkbişirmə sexində tapıldı

Lənkəranda iki ay əvvəl itkin düşmüş şəxsin meyiti tapılıb

“Report”un xəbərinə görə, itkin düşən 40 yaşlı Cabir Musayevin meyiti şəhər ərazisində fəaliyyət göstərən çörəkbişirmə sexində aşkarlanıb.

Qeyd edək ki, C.Musayev 2018-ci ilin dekabr ayından itkin düşmüş şəxs kimi axtarışa verilib. Onun ölümünün səbəbləri araşdırılır.

pia.az