Qrizmann Torresi keçdi

Fransa yığmasının futbolçusu Antuan Qrizmann "Atletiko Madrid"də 130-cu qolunu vurub
###reklam250###

Primeranın XXIV turunun "Rayo Vallecano" ilə görüşündəki yeganə topun müəllifi klub tarixinin ən yaxşı bombardirləri siyahısında irəliləyib.

Qrizmann 130 qolla bu cədvəldə 5-ci yerin vahid sahibi olub. O, 129 qol vuran Fernando Torresi arxada qoyub.

Fransalı hücumçu 4-cü pillədəki Xose Qaratedən cəmi dörd qol geridədir. "Atletiko" tarixinin rekordçusu isə 172 dəfə fərqlənən Luis Araqonesdir.(goal.az)

pia.az