Qadın cüdoçularımız Avropa kubokunda mübarizəni dayandırıblar

Azərbaycanın qadın cüdoçuları Avstriyanın Overvart şəhərində keçirilən Avropa kuboku turnirində mübarizəni dayandırıblar
###reklam250###

Cüdoçumuz Nuriyyə Axundova (63 kq) çexiyalı Mikaela Kulikovanı məğlub etsə də, ikinci görüşdə avstriyalı Maqdalena Krssakovanın öhdəsindən gələ bilməyib.

Digər idmançılarımız - Şəfəq Həmidova (48 kq) belçikalı Ellen Salensə, Günel Həsənli (70 kq) isə almaniyalı Nina Agneta Rikenə məğlub olublar.

Turnirdə üç idmançı ilə təmsil olunan komandamız mübarizəni dayandırıb.

Avropa kubokunda 35 ölkədən 209 idmançı mübarizə aparır.(azərtac)

pia.az