Müsavat başqanından "Qafqaz Evi" açıqlaması - Fotolar

İçkeriya(Çeçenistan) prezidenti Cövhər Dudayevin doğum günüdür
  ###reklam250###

Qafqaz Evi ideyası M.Ə. Rəsulzadənin ideyası idi. Elçibəy Cümhuriyyət dövrünün bir çox unudulmuş ideyaları kimi bu ideyanı da yenidən gündəliyə gətirdi.

Cövhər Dudayev bu ideyanın alovlu tərəfdarlarınından idi.

Qafqaz evinin qurulması üçün Gürcüstan, Çeçenistan, Dağıstan, Kabarda-Balkar və başqa Qafqaz rəsmi dövlət qurumlarının liderləri, Şimali Qafqaz dini icmalarının rəhbərləri ilə danışıqları Azərbaycan adından mən aparırdım. Qafqaz Evi layihəsində Ermənistanın iştirakı nəzərdə tutulmamışdı. Bu əvvəlcədən bütün tərəflərlə razılaşdırılmışdı.

Əsas mərkəzi Bakı şəhəri, siyasi lideri Azərbaycan prezidenti olmaqla Qafqaz Evinin yaradılması ideyasının həyata keçməsi üçün ciddi irəliləyişlərə nail olunmuşdu. 4 uyun qiyamı və bu qiyam nəticəsində baş verən dövlət çevrilişi bir çox mühüm başlanğıclar kimi Qafqaz Evi ideyasının da həyata keçməsinin qarşısını aldı.(Sozcu.az)

Arif Hacılı, Müsavat Partiyasının basqanı

pia.az