Düşmən atəşkəsi yenidən pozdu

Erməni silahlı bölmələri dünən və bu gecə atəşkəsi pozub
 Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Qarşı tərəf cavab atəşi ilə susdurulub(ans press)