İvanka Tramp “Rusiya işi”nə görə dindirilə bilər

ABŞ prezidenti Donald Trampın qızı və Ağ Evdə birinci köməkçisi İvanka Tramp demokratların təklifi əsasında “Rusiya işi” ilə bağlı ifadə verməyə çağırıla bilər
###reklam250###

Bu barədə “Axios” nəşri Konqressin “Demokratlar” partiyasından olan üzvünə istinadən yazıb. Mənbənin adı açıqlanmır.

“Hazırda demokratlar İvanka Trampa qarşı hər hansı qərar qəbul etməyiblər”, - deyə konqressmen bildirib.

Qeyd edək ki, Nümayəndələr Palatasında demokratların əksəriyyəti Donald Tramın Rusiya ilə mümkün əlaqələrinin araşdırılmasını genişləndirməyi təklif ediblər. (qafqazinfo)

pia.az