Elxan Omardan Trampa: “Sən nə vaxt öyrənəcəksən?”

ABŞ Konqresinin Müsəlman üzvü Elxan Omar anti-semitizm mübahisələri səbəbilə ona istefa çağırışı edən ABŞ prezidenti Donald Trampa cavab verib
###reklam250###

Omar Twitter hesabından verdiyi açıqlamada, Trampa, "Bütün həyatın boyu Yəhudilərə, Müsəlmanlara, yerlilərə, qaçqınlara, qara dərili insanlara nifrət ticarəti etdiniz. Mən sözlərimin təsir etdiyi insanlardan öyrəndim. Sən nə vaxt öyrənəcəksən" deyə cavab verib.Qeyd edək ki, Tramp dünən Ağ Evdəki kabinet toplantısında son günlərdə anti-semitizm mübahisələrində hədəf alınan Müsəlman Konqresmen Elxan Omarın Konqresdən, ya da fəaliyyət göstərdiyi komitədən istefa verməsi lazım olduğunu demişdi.

Omarın üzrünün yetərli olmadığını deyən Tramp, "Məncə, özü, ya Konqresdən, ya da Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki vəzifəsindən istefa verməlidir. Anti-semitizmin ABŞ Konqresində yeri yoxdur" demişdi.

Xatırladaq ki, anti-semitizm mübahisələri ABŞ-ın Konqresdəki Minnesota nümayəndəsi Somali əsilli Demokrat Elxan Omarın sosial media hesabından İsrail tərəfdarı olan Amerika İsrail Xalqla Əlaqələr Komitəsinin (AIPAC) İsraili dəstəkləmələri üçün ABŞ-lı siyasətçilərə pul ödədiyini ifadə etməsi ilə başlamışdı. (müxalifət.az)

pia.az