Ağcabədidə «Azərenerji»nin işçisinə ağır bədən xəsarəti yetirilib

Dünən Ağcabədi rayonunun Hacıbədəlli kəndində «Azərenerji» ASC-nin işçisi abonent tərəfindən ağır şəkildə döyülüb
PİA.AZ-a Ağcabədi rayonundan daxil olan məlumatda göstərilir ki, «Azərenerji» ASC-nin işçisi Ziyəddin Əbülhəsənov elektrik borcunu ödəmədiyinə görə abonent Hüseynov Mehman Əmir oğlunun evinin elektrikini kəsərkən ev sahibi tərəfindən ağır şəkildə döyülüb.Külli miqdarda elektrik borcu olduğuna görə işığı kəsilən Mehman Hüseynov «Azərenerji» ASC-nin işçisinə dəmir çubuqla ağır zərbələr endirib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.Ağcabədi Elektrik şəbəkəsinin işçiləri isə bu gün işə çıxmaqdan imtina ediblər. Onlar təhlükəsizliklərinin təmin olunmasını tələb edirlər.pia.az