Leyla Əliyeva: “Arzu mənim hər şeyimdir“

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın bacısı Arzu Əliyeva haqqında söylədiyi fikirlər sosial şəbəkələrdə böyük maraq doğurub
PİA.AZ Axşam.az-a istinadən xəbər verir ki, Arzu Əliyevaya olan sevgisini ifadə edən L.Əliyeva onu “sehirli çubuq” adlandırıb:“Mən bacıma və qardaşıma çox bağlıyam. Əminliklə deyə bilərəm ki, Arzu mənim hər şeyimdir. Bizim qədər bir-birinə yaxın olan bacılar tanımıram. Arzu həmişə köməyə çatmağa, özünü və vaxtını yaxınlarına fəda etməyə hazırdır. Ailə içində biz onu “sehirli çubuq” adlandırırıq. Arzu həm də mənim “sehirli çubuğum”dur”.