İspaniya Krallığının xarici işlər naziri Azərbaycan gələcək

İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Azərbaycan Respublikasına rəsmi səfər edəcək
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 23 aprel 2014-cü il tarixində İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallo Azərbaycan Respublikasına rəsmi səfər edəcək.Xarici İşlər Nazirliyində nazir Elmar Məmmədyarov ilə Xose Manuel Qarsia-Marqallo tərəfindən birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.Mətbuat konfransında iştirak etmək niyyətində olan kütləvi informasiya vasitələri nümayəndələrinin 23 aprel tarixində saat 10:30-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.Mətbuat konfransında iştirak etmək üçün yerli KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.