Zahid Orucun təyinatı: Fərmanda dəyişiklik edildi

Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında 8 fevral 2019-cu il tarixli fərmanında 11 fevralda dəyişiklik etdi
###reklam250###

PİA.az Axar.az-a istinadən xəbər verir ki, Prezidentin ötən gün verdiyi fərmanla, Sosial Tədqiqat Mərkəzinin yaradılması haqda fərmanın ikinci maddəsinə ikinci bənd əlavə edildi və publik-hüquqi şəxs olan STM-ə rəhbərlik İdarə Heyətinə tapşırıldı.

İdarə Heyəti isə 3 nəfərdən ibarət olacaq.

Bu fərmanın ardınca isə Prezident İlham Əliyev millət vəkili Zahid Orucun STM İdarə Heyətinin sədri təyin edilməsi haqda sərəncam imzaladı.

Qeyd edək ki, analitik qabiliyyəti, işgüzarlığı və çevik reaksiyaları ilə fərqlənən millət vəkili Zahid Orucun belə bir quruma rəhbər təyin edilməsi sosial şəbəkələrdə də müsbət qarşılanıb.

pia.az