"Walt Disney"in sabiq rəhbəri vəfat etdi

"Walt Disney" şirkətinin sabiq baş icraçı direktoru Ron Miller 85 yaşında vəfat edib
###reklam250###

Qaynarinfo Kommersant.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Ron Miller "Walt Disney"ə 1978-1984-cü illərdə rəhbərlik edib.

Qeyd edək ki, "Walt Disney" 1923-cü ildə Volter və Roy Disney qardaşları tərəfindən yaradılıb. Volter Disneyin qızı Diana 1954-cü ildə Ron Millerlə ailə həyatı qurmuşdu.

pia.az