Çingiz Abdullayev nüfuzlu mükafata layiq görüldü

Milli Kitabxanada dünya şöhrətli yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib
AYB-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə Rusiya səfiri Vladimir Doroxin, Belarus səfiri Nikolay Patskeviç, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, şair Çingiz Əlioğlu və başqa tanınmış insanlar iştirak ediblərTədbirin yekununda Nikolay Patskeviç Çingiz Abdullayevə ədəbiyyat sahəsindəki xidmətlərinə görə Belarus Respublikasının döş nişanını təqdim edib.