Sertifikat verilən mehmanxanalar - Siyahı

2015-ci ildə Bakı şəhərində I Avropa İdman Oyunlarının keçiriləcəyini nəzərə alaraq bu sahədə müvafiq işlər görülür
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatları verilib.PİA.AZ Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən bildirir ki, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatı aparılır. Təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "Hotel Stars Criteria 2010-2014" uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.2015-ci ildə Bakı şəhərində I Avropa İdman Oyunlarının keçiriləcəyini nəzərə alaraq bu sahədə müvafiq işlər görülür. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 17.04.2014 - 17.04.2017 müddətinə aşağıdakı mehmanxanalara dərəcə sertifikatları verilib:1. "Fairmont Baku" mehmanxanası (5 + ulduz),2. "Qafqaz Point Hotel" mehmanxanası (5 ulduz),3. "Astoria Baku mehmanxanası (4 ulduz),4. "Modern Hotel" mehmanxanası (4 ulduz),5. "Çıraq Plaza" mehmanxanası (4 ulduz).